İsraildə HƏMAS yaraqlılarının 1500 cəsədi tapıldı - AP


İsraildə sərhədə nəzarət bərpa edildikdən sonra 1500-ə yaxın HƏMAS yaraqlısının cəsədi tapılıb.




İsrail ordusu İsrail torpaqlarında 1500-ə yaxın HƏMAS yaraqlısının cəsədini tapdığını bildirib. Bu, İsrail ordusunun ölkənin cənubuna və sərhədə "tam nəzarəti bərpa etdikdən” sonra baş verib.

Bundan əlavə, İsrail hərbçiləri ölkədə artıq 900-dən çox insanın öldürüldüyünü bildirib. Səlahiyyətlilərə görə, Qəzzada və İordan çayının qərb sahilində 704 nəfər həlak olub.

Hər iki tərəfdən minlərlə yaralı var.

Oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzza zolağından İsrailə daxil olublar. Əvvəlcə onlar bir sıra yaşayış məntəqələrini ələ keçirə biliblər, lakin axşama yaxın İsrail hərbçiləri ərazinin əksər hissəsinə nəzarəti bərpa edib və hərbi obyektlərə və HƏMAS qərargahına cavab zərbələri endirib. Vaxt keçdikcə İsrail Qəzza zolağı ilə cənub sərhədinə tam nəzarətin bərpa olunduğunu elan edib.

Qeyd edək ki, İsrail "müharibə vəziyyəti” elan edib və "Dəmir qılınclar” antiterror əməliyyatına başlayıb.//Qaynarinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu