Qəzza zolağında ölənlərin sayı açıqlandı


İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 5 mini keçib.



AFN.az bildirir ki, bu barədə Qəzza bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.

İndiyə qədər yaralıların sayı barədə məlumat yenilənməyib.

Qeyd edək ki, bundan öncə Qəzza zolağında yaralı fələstinlilərin sayının 14 245 nəfər olduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu