Qəzzada ölənlərin sayı 27 min 585-ə yüksəlib


Qəzzadakı müharibədə həyatını itirən fələstinlilərin sayı son 24 saatda 107 nəfər artaraq 27 min 585-ə çatıb.


Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağında 123 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağında 12 qırğın törətdiyi və bu hücumlarda 107 nəfərin öldüyü, 143 nəfərin yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana davam edən hücumlarında Qəzzada həlak olan fələstinlilərin sayının 27 min 585-ə, yaralı sayının isə 66 min 978-ə yüksəldiyi bildirilib.

Bəyanatda həmçinin vurğulanıb ki, İsrail qüvvələrinin maneə törətməsi nəticəsində dağıntılar altında və ya yol kənarında qalan cəsədlərə tibb qrupları və mülki müdafiə işçiləri çata bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu