Fələstində ölənlərin sayı 2 min 808-ə yüksəlib


İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 2 min 808-ə, yaralıların sayı isə 10 min 859-a yüksəlib.



Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, Qəzza zolağında İsrailin hücumlarında ölənlərin sayının 2 min 808-ə, yaralıların sayının isə 10 min 859-a yüksəldiyi bildirilib.

Qəzza zolağında həkimlər, tibb bacıları və tibb işçiləri də daxil olmaqla 37 tibb işçisi həyatını itirərkən, ən azı 50 ailə hücumlar nəticəsində məhv edilib.

İsrail tərəfində indiyədək ən azı 1400 nəfər ölüb, ən azı 3500 nəfər isə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu