Qəzza zolağından İsrailə 150 raket atılıb

Mühasirəyə alınmış Qəzza zolağından İsrailə doğru 150-dən çox raket atılarkən, Qəzza zolağı və Tel-Əviv ətrafındakı şəhərlərdə hücum sirenləri səslənib.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında çoxmərtəbəli binanın vurulmasından sonra Təl-Əvivə doğru 150 raket atıldığını açıqlayıb.
Raketlər buraxıldıqdan sonra İsrail şəhərləri və Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrində və paytaxt Təl-Əvivdə hücum sirenləri səslənib.
İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin Qəzzadan atılan raketləri havada məhv etməsi nəticəsində Qüds səmasında güclü partlayış səsləri eşidilib.