İsrail ordusu müharibə xəbərdarlığı elan etdi


İsrail ordusu blokadada olan Qəzza zolağından silahlı qruplaşmanın İsrail ərazisinə sızdığını açıqlayıb. Ölkənin silahlı qüvvələri son hadisələrdən sonra müharibə vəziyyəti xəbərdarlığı elan edib.


İsrail Ordusunun verdiyi açıqlamada yaxın saatlarda daha ətraflı məlumatın paylaşılacağı bildirilib.

Sosial mediada paylaşılan görüntülərə görə, Qəzza yaxınlığındakı İsrail yaşayış məntəqələrində silahlı bir qrup pikapla irəliləyərkən görüntülənib. Evin damında silahlı şəxslərin yerləşdiyi video və yolda irəliləyən silahlı qrupun polis maşınına atəş açdığını əks etdirən video paylaşılıb.

İsrailin Kanal12 televiziyasının xəbərinə görə, Qəzzadan 4 ayrı silahlı qrup ətrafdakı yaşayış məntəqələrinə daxil olub.

Fələstinli qrupların Qəzza zolağı yaxınlığında İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini atəşə tutduğu bildirilib.

İsrailin rəsmi telekanalı KAN, Qəzza ətrafındakı yaşayış məntəqələrinə raket atılması nəticəsində bir israilli qadının öldüyünü açıqlayıb.

Səhər saatlarında Qəzza zolağından İsrailə raket zərbəsi endirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu