Davudun Qırmızı Ulduzu: "Hücumlarda 22 israilli həyatını itirib"


İsrailin fövqəladə yardım xidməti, Davudun Qırmızı Ulduzu, Qəzza zolağından edilən hücumlarda 22 israillinin öldüyünü açıqlayıb.



İsrailin fövqəladə yardım xidməti, Davudun Qırmızı Ulduzu yazılı açıqlamada Qəzza zolağından həyata keçirilən hücumlarda 22 israillinin öldüyünü, 70-dən çox israillinin isə ağır yaralandığını açıqlayıb.

Yardım xidməti israilliləri qan verməyə çağırıb.

Qeyd edək ki, Qəssam Briqadaları bu gün səhər saatlarında İsrailə qarşı "Əqsa tufanı" adlı hərtərəfli əməliyyata başladıqlarını açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.

Bundan sonra İsrail ordusu döyüş təyyarəyilə Qəzza zolağına hücum edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu