Tel-Əviv və Qüdsdə sirenlər eşidilib


İsrail parlamentinin yeni dövr açılış iclası davam edərkən Qüdsdə hücum sirenləri səslənib. Təl-Əviv və Qüdsün müxtəlif yerlərində də sirenlər səslənib.



Siren səslərindən sonra İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi işə salınıb və daha sonra partlayış səsləri eşidilib.

İsrail mediası sirenlərdən sonra Parlamentin Baş Assambleyasının boşaldıldığını və insanların sığınacaqlara yönləndirildiyini bildirib.

Qəzzadan atılan raketlərin hər hansı yerə dəydiyi barədə məlumat verilməyib.

Digər tərəfdən, İsrailin mərkəzi hissələrində yerləşən Təl-Əviv və ətraflarında hücum sirenlərinin səsləndiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu