Tel-Əvivin Ben Qurion hava limanına raket hücumu


Mühasirəyə alınan Qəzzada HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Tel-Əvivdəki Ben Qurion hava limanına raket hücumu həyata keçirdiklərini açıqlayıb.



Açıqlamada həmçinin "Əqsa tufanı" çərçivəsində Əskəlan şəhərinə 100 raket atıldığı bildirilib.

İslami Cihadın hərbi qanadı Əl-Qüds Səriyyə də açıqlamasında Tel-Əviv və Əsqəlanın raketlərlə vurulduğunu qeyd edib.

Digər tərəfdən, İsrail ordusundan verilən açıqlamada ölkənin mərkəzi hissəsində, o cümlədən "Böyük Tel-Əviv"də sirenlərin çaldığı vurğulanıb.

İsrailin Kanal 12 Televiziyası da Qəzzadan Əsqalana çoxlu raket atıldığını təsdiqləyib. “Yediot Ahranot” qəzeti Qəzzadan atılan raketin Askalandakı binaya düşdüyünü bildirib.

İsrail tərəfi hələlik Ben Quriona hücumu və raketlərin hava limanına düşüb-düşmədiyini təsdiqləməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu