Kiyevdə güclü partlayış səsləri eşidilib

Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.
AFN.az Reuters-ə istinadən xəbər verir ki, partlayış səhər saatlarında baş verib. Hələlik partlayışlarla bağlı rəsmi açıqlama verilməyib. Partlayışdan 20 dəqiqə əvvəl paytaxt və ətrafında siren siqnallarının səsləndiyi bildirilib.
Kiyev qubernatoru Oleksiy Kuleba da hava hücumundan müdafiə sistemlərinin iş başında olduğunu deyib.