Cənubi Afrika liderinin səfəri zamanı Kiyevdə partlayış səsi eşidilib


Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa səfər etdiyi gün Kiyevdə əvvəlcə həyəcan siqnalı, sonra isə partlayış səsləri eşidilib.


AFN.az Reuters-ə istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı edilib. Həyəcan siqnalından az sonra Kiyevdə partlayış səsləri eşidilməyə başlayıb. Rusiya “Kalibr” raketlərini Qara dənizdən Kiyevə atıldığı öyrənilib. Ukraynanın hava hücumundan müdafiə sistemləri işə salınıb, vətəndaşlar sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa Afrika ölkələrinin sülh təşəbbüsünü müzakirə etmək üçün Ukraynanın paytaxtı Kiyevə gedib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu