Çin Afrika ilə Ukraynadakı münaqişənin həllinə kömək etmək istəyir


Çin Xarici İşlər Nazirliyi Afrika ilə birlikdə Ukraynadakı münaqişənin həllinə kömək etmək istədiyini açıqlayıb.


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Pekin Afrika ölkələri ilə birlikdə Ukraynadakı münaqişənin siyasi həlli üçün əlverişli şərait yaratmaq üçün Afrika ölkələri də daxil olmaqla, bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır.

Bundan əvvəl Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa Ukrayna ilə bağlı on bəndlik Afrika sülh planını təqdim edib. Təşəbbüsün əsas komponenti münaqişənin diplomatik və danışıqlar yolu ilə tezliklə həllidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu