Afrika Rusiyanı qane edən həll yolu tapmaq istəyir
Afrika qitəsi ölkələri Ukraynadakı münaqişənin həm Rusiyanı, həm də Afrikanı qane edəcək həll yolunu tapmaq istəyir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla Komor Adaları İttifaqının prezidenti və Afrika İttifaqının sədri Azali Assoumani çıxış edib.
O, Rusiya-Afrika sammiti zamanı Rusiya lideri Vladimir Putinlə görüşdə bildirib ki, qitə ölkələrinin həm Moskva, həm də Kiyevlə tərəfdaşlıq əlaqələri olduğu üçün Afrika Ukrayna münaqişəsinə göz yummur. "Biz bütün dünyaya, o cümlədən Afrikaya təsir edən mənfi nəticələr görürük" - deyə Afrika İttifaqının rəhbəri vurğulayıb.