Putin G20-nin genişlənməsindən danışıb


Rusiya Afrika İttifaqının G20-yə qoşulma qərarının sentyabrda Hindistanda keçiriləcək növbəti sammitdə veriləcəyini gözləyir.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Rusiya Afrika İttifaqına G20-yə tamhüquqlu üzvlük təklifinə ilk cavab verənlərdən biri olub. Ümid edirik ki, bu qərar sentyabrda veriləcək", - deyə Putin bildirib.

O, həmçinin qeyd edib ki, Moskva Afrika İttifaqına qitədə müasir təhlükəsizlik strukturunu formalaşdıran aparıcı regional təşkilat kimi baxır.

Putin həmçinin "Rusiya və Afrika: Sülh, tərəqqi və uğurlu gələcək naminə qüvvələrin birləşdirilməsi" adlı məqaləsində Afrika qitəsi ilə əlaqələrin inkişafından və taxıl müqaviləsindən bəhs edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu