Afrika Rusiyadan silah alır və heç bir təzyiqdən qorxmur - Putin
Afrika ölkələri Rusiya ilə hərbi-texniki əməkdaşlıq (MTK) sahəsində, o cümlədən silahların alınması sahəsində kənar təzyiqlərdən qorxmadan işləyir.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İkinci Rusiya-Afrika Sammitinin yekunları üzrə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, qeyd edib ki, Afrika dövlətləri Rusiya Federasiyası ilə əməkdaşlığı səmimi şəkildə davam etdirmək istəyirlər. "O cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində. Onlar kənardan heç bir təzyiqdən qorxmur, işləyirlər və silah alırlar", - deyən Putin Rusiya Müdafiə Nazirliyinin Afrika ölkələrindən onlarla və yüzlərlə hərbçi üçün təlim keçdiyini xatırladıb.