Əksər Afrika ölkələri Sankt-Peterburqda keçiriləcək sammitdə iştiraka razılıq verdi


Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində əksər Afrika ölkələri iştirak etməyə razılıq verib.

AFN.az xəbər verir ki, bunu iyunun 19-da Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya-Afrika Tərəfdaşlıq Forumu katibliyinin rəhbəri Oleq Ozerov Federasiya Şurasında keçirilən dəyirmi masada deyib. Onun fikrincə, sammit Rusiyanın qitə ilə əlaqələrinin inkişafına güclü təkan verəcək:

“Rusiya Xarici İşlər Nazirliyi afrikalı tərəfdaşlarla fəal işləyir. Son bir il ərzində Rusiya Xarici İşlər Naziri Sergey Lavrov artıq qitəyə dörd səfər edib. Sonuncu səfəri bir həftə əvvəl Burundi, Keniya, Mozambik və Cənubi Afrikaya baş tutub. Afrika ölkələrinin rəhbərliyi Soçi görüşündən daha çox Sankt-Peterburq sammitinə ümid bəsləyir”, - Ozerov bildirib.

Bu gün Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Afrika liderlərinin Sankt-Peterburqdakı görüşünün nəticələrini şərh edib. Onun sözlərinə görə, afrikalılarla dialoq bir aydan sonra Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Afrika sammiti çərçivəsində də davam etdiriləcək.

Afrika liderləri Putinlə danışıqlar aparmaq üçün iyunun 7-də Sankt-Peterburqa səfər ediblər. Afrika ölkələrinin sülh təşəbbüsünün əsas müddəalarını dinləyən Putin bildirib ki, Moskva münaqişələrin sülh yolu ilə həllinə və daha ədalətli dünya nizamının bərqərar olmasına aid olan Afrikanın mövqeyinə hörmətlə yanaşır.

Qeyd edək ki, ikinci sammit və Rusiya-Afrika iqtisadi forumu iyulun 26-29-da Sankt-Peterburqda keçiriləcək. Forum ilk dəfə 2019-cu ilin oktyabrında Soçidə keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu