Putin: Afrika ölkələrinin 23 milyard dollarlıq borcunu sildik


Rusiya prezidenti Vladimir Putin Afrika ölkələri ilə münasibətləri yaxşılaşdırmaqda qərarlı olduqlarını deyib.


"Rusiya Afrika ölkələrinin borc yükünün yüngülləşdirilməsi işlərində iştirak edir. Afrika ölkələrinin silinmiş borcu indiyə qədər 23 milyard dollara çatıb. Son tələblərə görə, biz bu məqsədlər üçün əlavə 90 milyon dollar ayıracağıq" - deyə Rusiya prezidenti bildirib.

Bəzi ölkələrin maliyyə, texnologiya və qida kimi sahələrdə monopoliyaya çevrilməsinin qəbuledilməz olduğunu vurğulayan Putin, bununla mübarizə aparılmalı olduğunu deyib: "Sovet İttifaqı Afrikada çoxlu sayda müəssisə, elektrik stansiyası və polad fabrikləri inşa etmişdi. Biz bu təcrübəyə qayıtmalıyıq, bunu əsaslı şəkildə və beynəlxalq platformalarda edəcəyik".

Afrikanın əhəmiyyətinin gündən-günə artdığını qeyd edən Vladimir Putin bildirib: "Onu da qeyd etmək istərdim ki, Afrika qitəsi bizim gözümüzün önündə yeni bir güc mərkəzinə çevrilib. Onun siyasi və iqtisadi rolu hədsiz dərəcədə artır. Hər kəs bu obyektiv reallığı nəzərə almağa məcbur olacaq".

V.Putin bəzi Afrika dövlətlərinin Ukrayna böhranının həlli üçün təşəbbüslər irəli sürməsinə də münasibət bildirib: "Afrika öz əsas maraqlarından kənarda görünən problemlərin həllinə kömək etməyə hazırdır. Təşəbbüslərinizə hörmət edir və diqqətlə baxırıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu