Ukrayna rəsmisi: "Rusiya işğalçılarının Kiyevə hücumu davam edir"


"Rusiya işğalçılarının Kiyevə hücumu davam edir və hava həyəcan siqnalı 3 saata yaxındır ki, davam edir".



"Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukraynanın paytaxtı Kiyev vilayətinin hərbi administrasiyasının başçısı Aleksey Kuleba bildirib.

O, Rusiyanın Kiyev vilayətinə hücuma ara vermədiyini vurğulayıb.

A.Kuleba bildirib ki, Ukrayna Silahlı Qüvvələri də ötən gecə Rusiyanın bir sıra hərbi obyektlərini vurub.

Oktyabrın 18-də isə Kiyevin Sol Sahilində partlayış səsləri eşidilib. Ukrayna Prezident ofisinin rəhbərinin müavini Kiril Timoşenkonun sözlərinə görə, şəhəri enerji ilə təchiz edən Sol Sahildəki obyektlərə 3 raket atılıb.

Xatırladaq ki, ötən gün Ukrayna Prezident ofisinin müşaviri Oliksiy Arestoviç Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Kiyev səmasında Rusiyanın 3 raketinin məhv edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu