Zaporojye AES-də partlayış olub
Ukraynanın Rusiyanın işğalı altında olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisində partlayış səsləri eşidilib.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ərazidəki müşahidəçiləri hadisəni qeydə alıblar.
AEBA-dan verilən məlumata görə, əvvəlki 2 gündə də AES-də partlayış olub.
Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov obyektin minalandığını və Rusiyanın AES-i partlatmağa hazırlaşdığını bildirmişdi.