AEBA-nın baş direktoru: Zaporojyedə vəziyyət son dərəcə həssasdır
"Zaporojye Atom Elektrik Stansiyasında (AES) vəziyyət son dərəcə həssasdır".
"Report" xəbər verir ki, bunu Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi tviterdə yazıb.
O, bu gün səhər baş verən döyüşlər nəticəsində stansiyanın artıq 7-ci dəfə bütün xarici elektrik enerjisini itirdiyini qeyd edib.
R.Qrossi buna görə də generatorlara ehtiyac yarandığını bildirib.
AEBA-nın baş direktoru vurğulayıb ki, mövcud vəziyyət belə davam edə bilməz.