Norveç: Həbs qərarı verilərsə, Netanyahunu həbs edəcəyik


Norveçin xarici işlər naziri Espen Barth Eide Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahunun barəsində həbs qərarı çıxaracağı təqdirdə həbs edəcəyini açıqlayıb.



Norveç barəsində həbs qərarı çıxaracağı təqdirdə İsrailin baş naziri Benyamin Netanyahunu həbs edəcəyini elan edən ilk Avropa ölkəsi oldu. Norveç xarici işlər naziri Espen Barth Eide açıqlamasında "Netanyahu və ya ittiham olunan Həmas liderlərindən biri Norveçə gələrsə, beynəlxalq hüquqa uyğun olaraq bunu etməyə borcluyuq. Eyni şey Avropanın bütün ölkələri üçün də keçərlidir" deyib.

Digər tərəfdən Cənubi Afrika, Fransa, Belçika və Sloveniya Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Əhməd Xanın Netanyahu və İsrailin müdafiə naziri Yoav Gallantın həbsinə order verilməsi tələbini dəstəkləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu