Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Netanyahunun həbsini tələb edib


Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xan İsrailin baş naziri Netanyahunun həbsinə order verilməsini istəyib. Qərara məhkəmə qiymət verəcək.


ICC-dən verilən məlumatda bildirilir ki, Xan, Baş nazir Netanyahudan əlavə, İsrail müdafiə naziri Yoav Gallantın, Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin, HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvarın və HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd ed-Dayfın həbs orderi üçün müraciət edib.

Xan bildirib ki, 8 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında Netanyahu və Gallantın hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə cinayət məsuliyyəti daşıdığına inanmaq üçün əsaslar var.

Roma Statutunun müvafiq maddələrinin pozulduğuna diqqət çəkən Xan, İsrail rəsmilərinə qarşı cinayətlər arasında “müharibə cinayəti kimi mülki əhalinin aclıqdan öldürülməsi”, “qəsdən böyük iztirablara və ya bədənə və ya sağlamlığa ciddi xəsarət yetirmə” və “qəddar rəftar” kimi cinayətlərin olduğunu qeyd edib.

Hamas üzvlərinə qarşı "həbs qərarı"nı gündəmə gətirən əməlləri kimi isə Roma Statutunun müvafiq maddələrinə zidd olaraq "insanlığa qarşı cinayətlər, hərbi cinayətlər, girov götürmə, işgəncə və cinsi zorakılıq aktları" qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu