HƏMAS: ABŞ İsrailin Qəzzada dinc sakinlərə qarşı cinayətlərinə görə məsuliyyət daşıyır


HƏMAS İsrailin Qəzzada törətdiyi cinayətlərə görə ABŞ administrasiyasını məsuliyyət daşıdığını bildirib.


HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rəşak İsrail ordusunun Qəzzada pilotsuz təyyarə ilə 4 mülki vətəndaşı atəşə tutmasının görüntülərinin ortaya çıxmasından sonra yazılı açıqlama yayıb.

İsrail ordusunun Qəzza zolağında müdafiəsiz mülki insanları birbaşa hədəfə almasını və öldürməsini "çirkin bir müharibə cinayəti" kimi qiymətləndirən Raşak deyib: "Bu cinayət işğal ordusunun əslində qaniçən qatil dəstələrdən ibarət olduğunu bir daha ortaya qoyur. Bu, həm də onların heç bir mənəvi və insani dəyərləri olmayan qanunsuz bir ordu olduğunu sübut edir".

Bu cinayətin Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunan İsrailin cinayət faylına əlavə edilməsini istəyən Raşak, "Günahsız mülki insanları öldürən silahlar ABŞ-ın da silahıdır. ABŞ prezidenti Co Bayden və onun administrasiyası törədilmiş cinayətlərin ortağıdır” deyə qeyd edib.

ABŞ prezidenti Baydeni Qəzzada mülki insanlara qarşı törədilən cinayətlərdən məsul tutan Raşak, onların da hərbi cinayətkar kimi mühakimə olunması lazım olduğunu bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu