ABŞ-la İsrail arasında münasibətlər kəskinləşir?
ABŞ İsrail ordusunun Qəzzada həyata keçirdiyi “hərbi əməliyyatların” həyata keçirilməsi ilə bağlı narahatlığını Təl-Əvivə çatdırıb.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar koordinatoru Con Kirbi Qəzzadakı son vəziyyəti və Co Bayden administrasiyasının bölgədəki vəziyyətə yanaşmasını dilə gətirib.
İsraili dəstəklədiklərini təkrarlayan və HƏMAS-ın ilk hücumu oktyabrın 7-də başladığını xatırladan Kirbi İsrail ordusunun mülki itkilərlə bağlı daha həssas olması lazım olduğunu bildirib.
İsrailin Qəzzada davam edən hücumlarına gəlincə, Kirbi qeyd edib ki, bu məsələ ilə bağlı narahatlıqları var: "İsrailin hərbi əməliyyatının icrası ilə bağlı narahatlığımızı bildirdik.İsrail ordusu mülki itkilərin qarşısının alınmasında daha həssas olmalıdır".
Kirbi, İsrail ordusunun HƏMAS-ın arxasınca getməyə davam edəcəyini, ancaq bunu edərkən mülki insanları hədəf almamasının çox əhəmiyyətli olduğunu bildirib. "Bayden administrasiyası iki dövlətli həllə inanır və siyasi həll üçün çalışmaya davam edəcək" - deyə o bildirib.