Bayden: "Qəzzada atəşkəs mümkün deyil"
ABŞ prezidenti Co Bayden Qəzzada atəşkəsə nail olmağın mümkün olmadığını bildirib.
Bayden İllinoys səfəri üçün Ağ Evi tərk etməzdən əvvəl İsrailin Fələstinə hücumlarında atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Qəzzada atəşkəs elan edilməsinin mümkün olmadığını bildirən Bayden, girovların azad edilməsi ilə bağlı hələ də nikbin olduğunu bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi dünən bildirib ki, İsrail Qəzza zolağının şimalındakı mülki əhalinin tərk etməsinə icazə vermək üçün hücumları gündə 4 saat dayandırmağa razılaşıb.
Kirbi, Qəzzanın şimalındakı mülki şəxslərin bölgəni tərk etməsinə icazə vermək üçün hücumlara hər 4 saatlıq fasilənin İsrail tərəfindən 3 saat əvvəldən elan ediləcəyini bildirib.