Bayden: "Qəzzada münaqişənin nə qədər davam edəcəyini bilmirəm"


ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpinlə görüşündən sonra açıqlamalar verib.



Qəzzadakı vəziyyətə işarə edən Bayden, "Qəzzada baş verənlərin nə qədər davam edəcəyini bilmirəm" ifadələrini işlədib.

Bayden İsrailin Qəzzaya hücumlarına toxunub. O, İsrailin Qəzzanı işğal etməsinin səhv olacağını İsrail rəsmilərinə çatdırdıqlarını bildirib.

O, həmçinin girovların azad edilməsi ilə bağlı razılığın əldə olunacağına ümid etdiyini bildirib.

ABŞ prezidenti Bayden əlavə edib ki, İsrail mülki insanlara zərər verməmək üçün diqqətli olmalıdır.

Mənbə: TRT Haber



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu