ABŞ HƏMAS-a qarşı yeni sanksiyalar tətbiq edir


ABŞ Maliyyə Nazirliyi bu həftə Fələstinin radikal HƏMAS hərəkatına qarşı yeni sanksiyalar elan etməyə hazırlaşır.


AFN.az xəbər verir ki, bu barədə "Axios" yazıb.

Nəşrin ABŞ rəsmiləri arasından olan mənbələrinə görə, ABŞ Maliyyə Nazirliyi HƏMAS-ın bir neçə liderinə qarşı sanksiyalar elan etmək niyyətindədir.

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, ABŞ İsrailin Qəzza zolağında törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Haniyə vurğulayıb ki, Vaşinqton İsrailin təcavüzünü ört-basdır edir və İsrailin Qəzza zolağındakı Əl-Əhli xəstəxanasına ölümcül hücumuna görə məsuliyyət daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu