İsrail: HƏMAS təslim olub, məhbuslarımız Qəzzadan qayıtsa müharibə sona çatacaq


İsrailin Baş naziri Binyamin Netanyahunun sözçüsü Ofir Gendelman HƏMAS-ın təslim olacağı və məhbusların azad ediləcəyi təqdirdə müharibənin bitəcəyini deyib.


"Bu gün iki şəraitdə müharibəyə son qoymaq mümkündür. Birincisi, bütün əsirlərimizin sərbəst buraxılması lazımdır. İkincisi, HƏMAS təslim olmalıdır" - deyə sözçü bildirib.

İsrail ordusunun Qəzza zolağının cənubunda hərəkət etdiyini deyən Gendelman, İsrail əsgərlərinin HƏMAS liderlərindən biri olan Yəhya Sinvarın evini mühasirəyə aldığını bildirib. Ancaq Gendelman, Sinvarın evdə olub-olmadığı barədə məlumat paylaşmayıb.

Onun fikrincə, HƏMAS məhv edildikdən sonra Qəzzada inkişaf edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu