Netanyahu xüsusi təyinatlılardan 4 nəfərin öldürülüməsini istəyib


HƏMAS-ın İsrailə qarşı başlatdığı "Əqsa tufanı" əməliyyatından sonra İsrail ordusu da əks hücuma keçib.



AFN.az xəbər verir ki, oktyabrın 7-dən bu yana Qəzzada 1707 hədəfə zərbələr endirilib.

İsrail ordusunun mətbuat xidməti bildirib ki, hədəflər həm qurudan, həm də dənizdən atılan raketlərlə vurulub.

Bu arada İsrail baş naziri Benyamin Netanyahunun Xüsusi Təyinatlı Qüvvələrdən xüsusilə 4 nəfərin öldürülməsini istəyib. Siyahıda HƏMAS-ın liderlərindən olan İsmayıl Haniyyə, qruplaşmanın Qəzzadakı lideri Yəhya Sinvar, "İzəddin əl-Qəssam" briqadasının lideri Məhəmməd Dəif və sözçüsü Əbu Ubeyde yer alıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağının fasiləsiz bombardman etməsi nəticəsində 770 fələstinli ölüb, 4 minçox yaralı var. HƏMAS-ın hücumları zamanı isə ölən israillilərin sayı 900-ə çatıb.



Netanyahu xüsusi təyinatlılardan 4 nəfərin öldürülüməsini istəyib






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu