HƏMAS: "Əlimizdə 200-250 əsir var"
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde bildirib ki, əllərində 200-250 əsir var.
Əbu Ubeyde HƏMAS-ın internet saytında yayımlanan videosunda oktyabrın 7-dən bu yana davam edən münaqişələrlə bağlı açıqlama verib.
İsraillə qarşıdurmalarda əsir düşənlərin sayının 200-250 arasında olduğunu bildirən Əbu Ubeyde, onlardan 200-nün Qəssam Briqadalarının, qalanlarının isə digər Fələstinli qrupların əlində olduğunu bildirib.
Sözçü Əbu Ubeyde, İsrailə hücumda əsir düşənlər arasında bir qrup xarici ölkə vətəndaşının da olduğunu qeyd edib: "Onlar bizim qonaqlarımızdır, onları qorumağa çalışırıq və lazım olan vaxtda azad edəcəyik" ifadələrini işlədib.