Qəzzada girov saxlanılan 4 israilli hava zərbələri zamanı öldü


HƏMAS İsrailin Qəzza zolağını bombardman etməsi nəticəsində bölgədə girov olan 4 israillinin öldüyünü bildirib.



AFN.az APA-ya istinadən bildirir ki, bu barədə HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Obeyda "Telegram" hesabında bildirib.

"Bu gün Qəzza zolağınının bombalanması 4 düşmən əsirinin öldürülməsinə və onları əsir götürən Qəssam Mücahidinin şəhid olmasına səbəb olub", - o paylaşımında bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənub bölgəsinə hücumu nəticəsində 700-dən çox şəxs öldürülüb, 140-dan çox israilli HƏMAS silahlıları tərəfindən girov götürülüb. Girov götürülənlər arasında hərbçilərlərlə yanaşı, mülki sakinlər - qadınlar, uşaqlar, yaşlılar var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu