HƏMAS İsrailə Qətərin vasitəçiliyi ilə əsir mübadiləsi təklif edib


HƏMAS-ın həbsxanalardakı fələstinli qadın məhbusların azad edilməsi müqabilində İsrailə girov götürdüyü israilli qadınları təhvil verməyi təklif etdiyi bildirilir.


Çinin rəsmi xəbər agentliyi "Sinxua"nın adının açıqlanmasını istəməyən mənbəyə əsaslanaraq verdiyi xəbərdə Qətərin ABŞ-ın dəstəyi ilə məhbus mübadiləsi üçün vasitəçilik edəcəyi iddia edilib.

Xəbərdə HƏMAS-ın İsrail həbsxanalarında saxlanılan 36 fələstinli qadın məhbusun azad edilməsi müqabilində israilli qadın girovları Qətərə qaytara biləcəyini bəyan etdiyi bildirilib.

Təşkilat oktyabrın 7-də başladığı hücumlarda Qəzza yaxınlığındakı İsrail yaşayış məntəqələrində çoxlu mülki vətəndaşı girov götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu