Taylandlı məhbuslar Ərdoğanın səyləri sayəsində azadlığa buraxılıb


“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərinə cavab olaraq Qəzzada olan taylandlı məhbuslar azad edilib”.


Bu barədə HƏMAS-ın verdiyi açıqlamada bildirilir. Qeyd edilir ki, İzzəddin Əl-Qəssam Briqadalarının humanitar fasilə razılaşması çərçivəsində 13 İsrailli məhbus və 7 xarici vətəndaş Beynəlxalq Qızıl Xaç Təşkilatına təhvil verilib.

Bu arada Beynəlxalq Qızıl Xaç Təşkilatının məlumatına, israilli məhbusların Rəfah Sərhəd Qapısına doğru hərəkət etdiyi açıqlanıb.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari, Qəssam Briqadalarının İsrailin razılaşma maddələrinə əməl etməməsi səbəbiylə Qəzza zolağında israilli məhbusların azad edilməsini təxirə saldıqlarını elan etməsindən sonra X sosial media hesabından açıqlama verib.

Ənsari, "Misir və Qətər arasında keçirilən görüşlərdən sonra razılaşmanın həyata keçirilməsinə maneələr aradan qaldırıldı. Bu gecə 39 fələstinli məhbus müqabilində 13 israilli məhbus azad ediləcək" - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu