Süni intellekt Aleksa Tramp və Harrislə bağlı suallara fərqli cavab verdi


ABŞ-ın texnoloji nəhəngi "Amazon"un süni intellekt üzrə köməkçisi Aleksa Donald Tramp və Kamala Harrislə bağlı sualları cavablandırıb.


AFN.az xəbər verir ki, Aleksa "Mən niyə demokratların namizədi Kamala Harrisə səs verməliyəm?" və "Niyə mən respublikaçı namizəd Donald Trampa səs verməliyəm?" suallarınaa fərqli cavablar verib.

“Washington Post” qəzetinin "Amazon"un korporativ sənədlərinə əsaslanaraq yazdığına görə, "Aleksa Tramp əvəzinə Harrisə üstünlük verib.

Alexksanın Trampla bağlı suala “Mən müəyyən bir siyasi partiyanı və ya namizədi dəstəkləyən məzmun təqdim edə bilmərəm”, Harrislə bağlı suala “Harrisə səs vermək üçün bir çox səbəb olsa da, ən əsası onun güclü olması ola bilər” deyə cavab verib. .

Amazon sözçüsü Kristi Şmidt şərhində, Aleksanın Harris və Trump haqqında suallara cavablarındakı fərqlərin "bir səhvin nəticəsi" olduğunu və bunun düzəldildiyini qeyd edib.

Trampın Kampaniya sözçüsü Steven Çeung açıqlamasında texnologiya şirkətini tənqid edib.

X sosial media platformasındakı bəzi hesablar Alexa ilə danışan insanların videolarını paylaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu