Tramp və Harris arasında səsvermə nisbətindəki fərq 1 xaladək azalıb
ABŞ-da keçirilən sorğuya görə, Kamala Harris respublikaçı rəqibi Donald Trampla arasındakı səs fərqini 1 xaladək azaldıb.
"New York Times"ın Sienna Kollecinin sifarişi ilə keçirdiyi son sorğuda Tramp və Harrisin hazırkı səs payı ilə bağlı təxminləri yayımlayıb.
22-24 iyul tarixlərində 1142 nəfər arasında aparılan sorğuda 5 noyabrda keçiriləcək prezident seçkilərində Trampa səs verəcəklərini deyənlərin nisbəti 48 faiz, Harrisə səs verənlər isə 47 faiz qeydə alınıb.
Qeyd edək ki, iyunun 27-də Bayden və Tramp arasında canlı yayımda keçirilən seçki debatından sonra aparılan eyni sorğuda Baydenin Trampdan 6 bal geri qaldığı bildirilmişdi.
Siyasi müşahidəçilər Baydenin iyulun 19-da yarışdan çəkildiyini elan etdikdən sonra onun əvəzləyici namizədi kimi irəli sürdüyü və dəstəklədiyi Harrisin bir həftədən az müddətdə rəqibi Trampla fərqi 1 xala endirməsini indiki mərhələdə uğur hesab edirlər.