Tramp: Harris Baydendən daha pis namizəddir


ABŞ-ın keçmiş prezidenti Donald Tramp daha ​​radikal solçu kimi xarakterizə etdiyi ABŞ vitse-prezidenti Kamala Harrisin prezidentlik yarışında ABŞ prezidenti Co Baydendən daha ​​pis namizəd olduğunu bildirib.



Tramp "Fox News" televiziyasına verdiyi müsahibədə prezident Baydenin yarışdan çəkilməsindən sonra Demokratların rəsmi namizədi olacağı gözlənilən vitse-prezident Harrislə bağlı qiymətləndirmələr edib.

Harrisin Baydendən daha pis namizəd olduğunu deyən Tramp, Harrisin daha radikal solçu olduğunu vurğulayıb.

Trump, Harrisin çox danışdığını, lakin boş olduğunu iddia edib.

Sosial mediada gülüşü ilə gündəmə gələn Harrisin təbəssümünü tənqid edən Tramp, "Bu gülüş dəli adamın gülüşüdür. Amma onun artıq belə gülmədiyini fərq etdim. Biri gülməməyə inandırıb" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu