İlon Mask: ABŞ-ın normal və sağlam düşüncəli prezidentə ehtiyacı var


Twitter sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ-ın "normal və sağlam düşüncəli prezident"ə ehtiyacı olduğunu bildirib.


AFN.az xəbər verir ki, o, fikirlərini "Fox News"un jurnalisti Taker Karlsona müsahibəsində bölüşüb. Milyarderin sözlərinə görə, o, sağlam düşüncəli bir şəxsi dövlət başçısı görmək istərdi. Mask qeyd edib ki, prezident seçkilərində özü də ölkənin hazırkı lideri Co Baydenə səs verib, lakin seçim genişliyini hiss etməyib. Söhbət zamanı Twitter rəhbəri etiraf edib ki, prezident olmaq "o qədər də əyləncəli deyil".

Bundan əvvəl Krım parlamentinin rəhbəri Vladimir Konstantinov ABŞ-ın keçmiş prezidenti Donald Tramp və İlon Maskı yarımadaya səfərə dəvət edib: "Biz İlon Maskı hər şeyi yerində görmək üçün dəvət etməyə hazırıq. Əminəm ki, Tramp bizə gəlmək istəsə, onunla görüşəcəyik. Bizə bir adam kimi gəlib, başqası kimi gedəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu