Instagram və Facebook-un çökməsindən sonra İlon Maskın paylaşımı diqqət çəkib
![](/uploads/posts/2024-03/1709701861_ilon-mask1.jpeg)
Meta çətiri altında olan Facebook və Instagram sosial media platformalarında dünya miqyasında giriş problemi yaranıb. Milyonlarla istifadəçinin yaşadığı problemlə bağlı İlon Maskdan diqqətçəkən açıqlama gəlib.
X sosial media platformasının sahibi amerikalı milyarder İlon Mask sosial media hesabında Facebook, Instagram və Threads-ə eyham vuraraq paylaş edib: "Əgər siz hazırda bu mətni oxuyursunuzsa, bunun səbəbi platformamızın yaxşı işləməsidir".
Mənbə: Haberglobal.com.tr