"Threads" istifadəçilərinin sayı 70 milyon nəfərə çatır


Feyzbuk, instagram və whatsApp-ın sahibi "Meta" şirkətinin twitter-ə rəqib olan yeni sosial media platforması "Threads"in bu günədək abunəçi sayı 70 milyona çatıb.


"Meta" şirkətinin baş icraçı direktoru (CEO) Mark Zukerberq "Threads" hesabından platformaya üzv olan istifadəçilərin sayı ilə bağlı son məlumatları paylaşıb. "Bu səhərə olan məlumata görə, "Threads"də 70 milyon qeydiyyat olub. Gözləntilərimizdən də çox", - Zukerberq bildirib.

O qeyd edib ki, "Threads" istifadəçilərinin sayının sürətlə artması istifadəçilərin instagram hesabları vasitəsilə platformaya daxil ola bilməsi baxımından təsirli olub.

Twitter "Meta"nı "Threads"a görə məhkəməyə verməklə hədələyib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu