Tramp: Mask kabinetdə işləmək üçün çox məşğuldur, lakin məsləhətçi ola bilər


ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ona kabinetdə yer təklif edə biləcəyini söylədiyi İlon Maskın kabinetdə işləmək üçün çox məşğul olduğunu, lakin müşavir ola biləcəyini bildirib.



Bu barədə Tramp Amerikanın “YouTube” yayımçısı və keçmiş əsgər Şon Rayanın proqramında danışıb.

Qeyd edək ki, Tramp başqa bir media orqanına prezident seçkilərində qalib gələrsə, Maska nazirlər kabinetində və ya məsləhətçi vəzifəsini təklif edə biləcəyini deyib.

Qeyd edək ki, "Tesla", "Neuralink", "xAI" və "X" kimi texnologiya şirkətlərinin sahibi Mask ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərində Trampın qalib gələcəyi təqdirdə kabinetdə işləməyə hazır olduğu mesajını vermişdi.

Sosial media hesabında özünü nazir kimi göstərən süni intellektlə yaradılmış fotonu paylaşan Mask, "Xidmət etməyə hazıram" deyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu