Netanyahu Trampla münasibətləri düzəltmək üçün çox səy göstərir - İDDİA


İsrailin baş naziri Benyamin Netanyahunun uzun müddətdir ki, ABŞ-ın keçmiş prezidenti və ABŞ seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampla münasibətləri düzəltmək üçün sıx səylər göstərdiyi iddia edilir.


ABŞ-ın “Axios” saytının xəbərində Netanyahuya yaxın adamların Trampın prezident seçkilərində uduzmasından sonra münasibətləri korlanan ikisi arasındakı buzları qırmaq üçün Trampla ən azı 4 dəfə görüşdüyü bildirilib.

"Axios"a danışan Netanyahunun adının açıqlanmasını istəməyən köməkçisi İsrail baş nazirinin yazdığı kitabdan Trampı tərifləyən parçaların belə keçmiş ABŞ prezidentinə oxunduğunu iddia edib. “Ancaq hər dəfə bunun işləmədiyini və Trampın hələ də qəzəbli olduğunu bildik” - deyə saytın mənbəsi qeyd edib.

Netanyahunun müavini, Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə onunla münasibətlərin birinci dövrdəki qədər yaxın olmayacağı ilə bağlı narahatlıqların olduğunu deyib.

Materialda iddia edilir ki, Trampın Netanyahunun "Truth Social" hesabında yayımladığı və sui-qəsd cəhdini pisləyən videonu paylaşması Netanyahunun ətrafını münasibətlərin gələcəyi üçün təşviq edib.

Netanyahunun komandasının da videonu dərc etdikdən sonra onu birbaşa Trampın komandasına göndərdiyi iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu