ABŞ Ali Məhkəməsi Trampla bağlı qərar verəcək
ABŞ Ali Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın Koloradoda ilkin seçkilərdə iştirakına mane olan dövlət qərarı ilə bağlı ərizəsini qəbul edəcəyini və işə baxacağını açıqlayıb.
ABŞ Ali Məhkəməsindən verilən açıqlamada Trampın Koloradoda qərarla bağlı müraciətinin qəbul olunduğu və yaxın vaxtlarda məsələ ilə bağlı qərarın veriləcəyi bildirilib.
Yanvarın 15-də Ayova ştatında ilkin seçkilər başlayacağından, Ali Məhkəmə hakimlərinin tezliklə bir araya gələrək ABŞ siyasətinin ən isti mövzularından biri olan "Trampın bəzi ştatlarda seçkilərə qatılıb-qatılmayacağı" ilə bağlı qərar verməsi gözlənilir.
Kolorado Ali Məhkəməsi Trampın yanvarın 6-da Konqresə basqın zamanı üsyan cinayətləri törətdiyini əsas gətirərək, onun praymerizdə iştirakını qadağan edib.
ABŞ Ali Məhkəməsinin bu məsələ ilə bağlı qərarı həm də Trampın bütün seçki prosesi boyunca aydın yolu olub-olmayacağı ilə bağlı həlledici olacaq. Trampın xeyrinə qərar verilərsə, bu, hər hansı bir dövlətin Trampı 6 yanvar Konqres reydi ilə əlaqələndirərək, onun praymerizlərə qadağa qoymasının qarşısını alacaq.