Tramp “seçkidə iştirak edə bilməz” qərarını ABŞ Ali Məhkəməsinə verib


Noyabrda keçiriləcək prezidentlik yarışına hazırlaşan Donald Tramp Kolorado ştatında seçkilərdə iştirakına mane olan qərardan ABŞ Ali Məhkəməsinə şikayət edib.



Trampın vəkilləri iddia edirlər ki, heç bir ştat məhkəməsi prezidentliyə namizədin səsverməyə çıxmasına mane ola bilməz və Kolorado Ali Məhkəməsi müvafiq Konstitusiya müddəalarını yanlış şərh edib.

ABŞ Ali Məhkəməsinin müraciətə baxaraq tezliklə qərar verəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu