Məhkəmə Trampın Kolorado seçkilərində iştirakını qadağan edib


Kolorado Ali Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü il prezidentliyə namizədliyi üçün yerli seçkilərdə iştirakını qadağan edib.


Bu barədə CNN məlumat yayıb.

Məhkəmə bu qərarı verərkən ABŞ Konstitusiyasına edilən 14-cü düzəlişin 3-cü bölməsinə istinad edib ki, bu da qiyamda iştirak edənlərin ən yüksək dövlət vəzifəsini tutmasını qadağan edir.

Məhkəmənin qərarı 2024-cü il yanvarın 4-dək qüvvəyə minəcək və Trampa ABŞ Ali Məhkəməsinə müraciət etmək imkanı verəcək. Eyni zamanda, Respublikaçılar Partiyasının praymerizlərinə namizədlərin siyahılarının tərtibi üçün son müddət yanvarın 5-də başa çatır.

Trampın seçki qərargahı məhkəmənin hökmünü səhv adlandırıb və dərhal ondan apellyasiya şikayəti verəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu