Trampın məhkəməsi martın 25-də başlayacaq


ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı açılan cinayət işi üzrə məhkəmə prosesinin martın 25-də başlamasına qərar verilib.


Bu gün Manhettendə keçmiş ABŞ prezidenti Donald Trampa qarşı susqunluqla bağlı məhkəmə dinləmələrinin planlaşdırılması və maddi-texniki təminatı ilə bağlı ilkin dinləmə keçirilib.

Medianın sıx diqqətini çəkən dinləmə üçün polis məhkəmə ətrafında geniş təhlükəsizlik tədbirləri görüb. Tramp səhər saatlarında vəkili Todd Blanşla birlikdə məhkəmə binasına gəlib.

Təxminən iki saat davam edən dinləmə zamanı Trampın vəkili Blanş əvvəldən dinləmələrin başlaması üçün nəzərdə tutulan 25 mart tarixinin Trampın seçki fəaliyyətinə və ona qarşı davam edən digər işlərə görə konstitusiyaya zidd olduğunu bildirib.

Noyabrda keçiriləcək prezident seçkilərində Trampın namizəd olmaq haqqının olduğunu bildirən Blanş, "Hüquqi səbəb olmadan "Manhettendə bu məhkəmə zalında oturacaqsan" demək seçkiyə tamamilə müdaxilədir" - deyə qeyd edib.

Manhetten prokurorluğu isə Trampın vəkillərinin başqa yurisdiksiyalarda Trampa qarşı davam edən işlərdən bəhanə kimi istifadə edərək məhkəmələri təxirə salmaq taktikasından istifadə etdiklərini və məsuliyyətdən qaçmaq üçün hər əməliyyatın gözlənilməz qalmasını təmin etməyə çalışdıqlarını iddia ediblər.

İşə sədrlik edən hakim Xuan Merçan məhkəmənin əvvəlcədən planlaşdırıldığı kimi martın 25-də münsiflər heyətinin seçilməsi ilə başlayacağına qərar verib. Hakim qeyd edib ki, dinləmələr başlayandan sonra işin təxminən 6 həftə davam edəcəyi gözlənir.

Böyük münsiflər heyəti tərəfindən Trampa qarşı ittiham irəli sürülüb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu