Məhkəmə Trampın Kapitoliyə hücumda əli olduğunu müəyyən edib
Kolorado məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci ildə baş verən Kapitoliyə hücumda əli olduğunu müəyyən edib.
Bu barədə Associated Press (AP) məlumat yayıb.
Eyni zamanda hakim Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakına mane olmaq cəhdini rədd edib. Qeyd edildiyi kimi, məhkəmə siyasətçinin “qiyama qatıldığını” tanıyıb və vəkillərinin eks-prezidentin söz azadlığını dəstəkləməsi ilə bağlı arqumentlərini rədd edib. Məhkəmə qərarına əsasən, Trampın “qiyama” qarışması onun prezident seçkilərində iştirakına mane olmayacaq.
Siyasətçinin seçki qərargahının nümayəndəsi Stiven Çunq məhkəmənin qərarına mənfi reaksiya verib. Onun sözlərinə görə, demokratlar prezident seçkilərinə müdaxilə etmək üçün kinli cəhdlər edirlər.
Bundan əvvəl Miçiqan ştatının məhkəməsi ABŞ-ın keçmiş prezidentinin Kapitoliyə hücumda oynadığı rola baxmayaraq, dövlət başçısı postuna seçkilərdə iştirak edə biləcəyi barədə qərar çıxarıb. Xəbər verildiyi kimi Trampın namizədliyi ştatın ilkin səsvermə bülletenində qalacaq. Hakim siyasətçinin hücumda rolunun onun yenidən seçilmək hüququnu məhdudlaşdırdığına dair arqumentləri rədd edib.