Netanyahunun əsas rəqibləri seçkilərdə qalib gəlmək üçün birləşdilər
Baş nazir Benyamin Netanyahunun əsas rəqibləri aprel ayında keçiriləcək parlament seçkilərində İsraildə sağçıların 10 illik idarəçiliyinə son qoymaq üçün birləşməyi qərara alıblar.
Trend-in məlumatına görə, "Hosen le-İsrael", "Eş Atid" mərkəzçi partiyaları namizədlərin vahid siyahısını formalaşdırırlar, onların liderləri - Baş Qərargahın sabiq rəisi Benni Hants və sabiq maliyyə naziri Yair Lapid isə uğur qazanacaqları təqdirdə növbə ilə hökumətə rəhbərlik edəcəklər.
Digər sabiq Baş Qərargah rəisləri Moşe Yalon və Qabi Aşkenazi də bu bloka qoşulub.
B.Netanyahunun "Likud" partiyası isə ardıcıl dördüncü dəfədir ki hökumətə rəhbərlik etməyə iddialıdır.