Netanyahunun xanımı etiraz aksiyası zamanı salonda "əsir qalıb"


İsraildə məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran yeni qaydalara etirazlar zamanı baş nazir Binyamin Netanyahunun xanımı gözəllik salonunda "əsir qalıb".


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Sara Netanyahu salondan polisin nümayişçiləri qovmaq üçün güc tətbiq etməsindən sonra çıxıb gedə bilib. Salonun qarşısına toplaşan yüzlərlə insan nəhəng İsrail bayrağını açıb və şüarlar səsləndirib. "Haaretz" bildirir ki, İsrail polisi bölgəyə əlavə qüvvələr göndərərək nümayişçiləri ərazidən uzaqlaşdırmağa başlayıb.

Baş nazir Binyamin Netanyahu, həyat yoldaşı hələ bərbərdə olarkən sosial media hesabından verdiyi açıqlamada, "Anarxistlər Lapidin liderliyində qırmızı xətti keçməyə davam edirlər. Hazırda həyat yoldaşım Saranı təhdid edirlər. Lapid və müxalifət bu görünməmiş biabırçı vəziyyətə dərhal son qoymalıdır" - deyə bəyan edib.

Müxalifətçi Lapid və keçmiş müdafiə naziri Benny Gantz etirazçıları Sara Netanyahunun salonu tərk etməsinə icazə verməyə çağırıb. İsrail televiziyası Netanyahunun həyat yoldaşının polisin nümayişçiləri zorla çıxarmasından sonra təxliyyə edilməsini canlı yayımlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu