Mask və Trampın X yayımında texniki problem yaranıb


İlon Maskın X sosial media platformasında keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla yayımında texniki problem yaranıb. Bu səbəbdən yayım nəzərdə tutulan vaxtdan gec başlayıb.



Bakı vaxtı ilə saat 04:00-da başlaması planlaşdırılan Mask-Tramp yayımına bir çox istifadəçi daxil ola bilməyib.

Mask X hesabındakı paylaşımında "X üzərində böyük bir DDOS hücumu olduğu görünür. Biz bunu dayandırmaq üçün çalışırıq. Ən pis halda, daha az sayda canlı dinləyici ilə davam edəcəyik və çıxışı daha sonra yayımlayacağıq" qeyd edib.

Daha əvvəl sistemi 8 milyon paralel dinləyici ilə sınaqdan keçirdikləri barədə məlumatı paylaşan Mask, yayımı daha az sayda eyni vaxtda dinləyici ilə davam etdirəcəklərini, sonra isə redaktə edilməmiş qeydi yayımlayacaqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu