"Tesla"nın "Nvidia"dan 3-4 milyard dollar dəyərində çip alacağı gözlənilir


ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla"nın rəhbəri İlon Mask, şirkətin çip istehsalçısı "Nvidia"dan aparat alışına 3-4 milyard dollar xərcləyəcəyini təxmin etdiklərini deyib.


Mask öz X hesabındakı yazısında qeyd edib ki, "Tesla"nın bu il süni intellektə edəcəyi 10 milyard dollarlıq xərclərin təxminən yarısı daxili xərclər olacaq.

"Hazırda "Tesla"nın bu il "Nvidia"dan satın alması üçün ən yaxşı təxminlərim 3 milyard ilə 4 milyard dollar arasındadır" - deyə milyarder qeyd edib.

Bu gün ABŞ mətbuatında çıxan xəbərlərdə, Maskın "Nvidia"ya çiplərin daşınmasında "Tesla" yerinə X və süni intellekt şirkəti "xAI"-yə üstünlük verməsini söylədiyi bildirilirdi.

Bu barədə X hesabında paylaşan Mask bildirib ki, "Tesla"nın "Nvidia" çiplərini işlətmək üçün yeri yox idi: "Ona görə də onlar sadəcə anbarda oturacaqlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu